Sabir Rüstəmxanlı da deputatlığa namizəd oldu


Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın sədri Sabir Rüstəmxanlının namizədliyini irəli sürüb.

Onun namizədliyi VHP Siyasi Şurasının qərarı ilə 61 saylı Neftçala seçki dairəsindən irəli sürülüb və VHP Seçki Qərargahının üzvləri, səlahiyyətli nümayəndələri tərəfindən müvafiq sənədlər Dairə Seçki Komissiyasına təqdim edilib. 

Artıq VHP Mərkəzi Seçki Qərargahının Neftçala seçki bürosu yaradılıb. Seçki qərargahı dünəndən fəaliyyətə başlayıb. Yaxın günlərdə isə imza toplama kampaniyasına başlanılacaq.

DİGƏR XƏBƏRLƏR

Top