Davudoğlu erməni jurnalistə partiyasında yüksək vəzifə verdi - FOTO


Türkiyənin sabiq Baş naziri və keçmiş Xarici işlər naziri Əhməd Davudoğlunun qurduğu "Gələcək" Partiyasının rəhbərliyində təmsil olunan şəxslərin adları açıqlanıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildirir ki, Əhməd Davudoğlu partiyanın Təşkilat Komitəsinə üzv olan 154 nəfər arasında komissiya sədrləri təyin edib.
"Gələcək" Partiyasının Təşkilat Komitəsinə üzv olan erməni əsilli jurnalist Etyen Mahçupyan Araşdırma, İnkişaf və İctimaiyyətlə əlaqələr komissiyasına rəhbərlik edəcək.
Qeyd edək ki, hazırda Türkiyənin "Karar" qəzetində çalışan Etyen Mahçupyan Əhməd Davudoğlu Baş nazir olduğu zaman onun baş müşaviri olub. Etyen Mahçupyan Türkiyə tarixində Baş nazirin müşaviri olan ilk qeyri-müsəlman şəxs olub.
Etyen Mahçupyan 2015-ci ildə qondarma erməni soyqırımı ilə bağlı verdiyi açıqlamadan sonra tutduğu vəzifədən istefa verib. Mahçupyan Roma papasına xitabən deyib ki, 1915-ci ildə ermənilərə qarşı edilənlərə soyqırım deməmək imkansızdır.

DİGƏR XƏBƏRLƏR

Top