Putin etiraf etdi: "Son zamanlar az yatıram" - VİDEO


Rusiya prezidenti Vladimir Putin, Qırmızı Meydanda Yeni il münasibəti ilə baş tutan xokkey matçında son zamanlar az yatdığını etiraf edib.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı ilə söhbət zamanı iş adamı Gennadi Timçenko çox çalışdığını və buna görə də məşqlərə lazımi vaxt ayıra bilmədiyini söyləyib.
V.Putin isə cavabında az yatdığını etiraf edib: “Az yatmışam. 4-5 saat, çox azdır”.
Qeyd edək ki, Qırmızı Meydanda Yeni il münasibətilə baş tutan ənənəvi Gecə Xokkeyi Liqasında Rusiya Prezidenti Vladimir Putin də oynayıb. O, 11 nömrəli forma ilə meydana çıxıb. Oyun, 8:5 hesabı ilə V.Putinin olduğu komandanın xeyrinə başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top