Kreml: Rusiya və Belarus arasında fikir ayrılığı yoxdur


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Belarus Prezidenti Aleksandr Lukaşenkonun iki ölkə münasibətlərində böhranın olmasına dair bəyanatına münasibət bildirərək bu qiymətləndirmə ilə razı olmadığını bildirib.
Qeyd edək ki, Lukaşenko "Exo Moskva" radiostansiyasına müsahibəsində bildirib ki, Birlik dövlətinin Konstitusiyasının qəbulu üçün vaxt Rusiyaya görə keçib.

"Bir ay əvvəl Soçidə və bir neçə gün əvvəl Sankt-Peterburqda baş tutan danışıqlar bizim nöqteyi-nəzərimizdən tamam əksini deyir", - deyə Peskov vurğulayıb.

Kreml rəsmisi vurğulayıb ki, hazırda predmet üzrə danışıqlar aparılır. Rusiya və Belarus Nazirlər Kabineti iki ölkənin inteqrasiyası üçün ümumi yol xəritəsinin razılaşdırılması və Birlik dövlətinin möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görüblər.

Peskovun sözlərinə görə, razılaşdırılmamış məsələlər var, lakin bu böhranın olması anlamına gəlmir: "Aydındır ki, görüşlər davam etdiriləcək, inteqrasiya səviyyəsi o qədər yüksəkdir, ölkələr bir-biri ilə o qədər sıx şəkildə bağlıdır ki, bəzi fikir ayrılıqları qalır və qalacaq da. Lakin bu ümumi fonu pozmur".//sputnik.az

DİGƏR XƏBƏRLƏR

Top