Yaxınları Dilqəmlə Şahbazı Şuşa həbxanasında ziyarət edə biləcəklər


Qohumları Qarabağ separatçılarının əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevi ziyarət edə biləcəklər.

“Azadlıq Radiosu”nun erməni xidmətinin məlumatına görə, bu "humanitar aksiya" ilə bağlı danışıqlar son mərhələdədir.
Separatçı "DQR" "Xarici İşlər Nazirliyi"nin rəhbəri Mais Mayilyanın sözlərinə görə, Qarabağda girov götürülən azərbaycanlıların yaxınlarının gəlişi, həbsxanaya baş çəkməsi, habelə Azərbaycanda əsirlikdə olan ermənilərin ailə üzvləri ilə görüşünün təşkilinə dair danışıqlar aparılır.
Hal-hazırda Dilqəm Əsgərov və Şahbaz Quliyev Qarabağda, Şuşa həbsxanasında girov saxlanılır, Ermənistan əsgərləri Arsen Baqdasaryan, Karen Qazaryan və Araik Qazaryan isə Azərbaycanın əlindədir. /virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top