Ərzaq məhsullarının QİYMƏTİ - Azərbaycanda və Gürcüstanda


Açıqlanan rəsmi məlumatlara görə bu ilin yanvar-noyabr aylarında Azərbaycanda orta aylıq nominal əmək haqqı mövcud məzənnə (1,7 $/AZN) ilə 361 dollar (614 manat) olub.
Yeniavaz.com xəbər verir ki, eyni dövürdə qonşu Gürcüstanda orta aylıq nominal əmək haqqı mövcud məzənnə (2,85 $/GEL) ilə 414 dollar (1180 lari) olub.
Maraqlıdır ki, əmək haqqının daha yüksək olduğu Gürcüstanda ərzaq məhsullarının qiyməti Azərbaycanla müqayisədə heç də baha deyil.
Aşağıdakı cəldvəldə əsas ərzaq məhsullarının hər iki ölkədəki mövcud qiymətlərini təqdim edirik:
Ərzaq məhsulları Azərbaycanda Gürcüstanda
Mal əti - 1kq  6,7 $  (11,5 azn)  6 $  (17 GEL)
Süd -1 litr  0,9 $  (1,55 azn)  1,1 $  (3,2 GEL)
Düyü (uzun) - 1 kq  1,15 $  (1,95 azn)  1 $  (3 GEL)
Yumurta  - 12 ədəd  1,15 $  (1,95 azn)  1,3 $  (3,6 GEL)
Pendir - 1 kq  3,8 $  (6,5 azn)  3,9 $  (11,2 GEL)
Alma  - 1 kq  0,7 $  (1,2 azn)  0,8 $  (2,4 GEL)
Banan - 1 kq  1,4 $  (2,3 azn)  1,2 $  (3,6 GEL)
Pomidor - 1 kq  0,8 $  (1,4 azn)  1 $  (2,8 GEL)
Kartof - 1 kq  0,5 $  (0,9 azn)  0,4 $  (1,2 GEL)
A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top