Elza Seyidcahan “şam ağacı” libasında əsgərlərə konsert verdi - VİDEO

Əməkdar artist Elza Seyidcahan sosial şəbəkələrdə yayılmış görüntüləri ilə gündəmə gəlib.

Küknar ağacından “geyindiyi” libasla əsgərlərin qarşısına çıxan sənətçi geyimi ilə görənləri təəccübləndirib.

Libasın üzərində yanan işıqlar və müxtəlif oyuncaqlar yolkanı xatırladıb. 

Yeni il ab-havalı libasda Elza Ağcabədi rayonun “N” saylı hərbi hissəsində konsert proqramı ilə çıxış edib. 

Hər zaman qeyri-adi, ekstravaqant geyimləri və səhnə obrazları ilə diqqətləri üzərinə cəmləyən Elza Seyidcahan bu geyimi ilə də ənənəsinə sadiq qalıb.


(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top