MDU-da vətənpərvərlik mövzusunda tədbir keçirilib - FOTO


Mingəçevir Dövlət Universitetində (MDU) “Vətənpərvərlik – Vətənə xidmətin ali zirvəsidir” mövzusunda tədbir keçirilib. MDU-nun Mingəçevir şəhər Gənclər və İdman İdarəsi və Mingəçevir Peşə Məktəbi ilə birgə təşkil etdiyi tədbirdə universitetin və peşə məktəbinin professor-müəllim və tələbə kollektivi iştirak edib.
Yeniavaz.com xəbər verir ki, MDU-nun rektoru Şahin Bayramov tədbirin keçirilməsində əsas məqsədin tələbə-gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından, onlarda dövlətimizə və milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanmasından ibarət olduğunu bildirib. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycançılıq idealogiyasının inkişafı sahəsində misilsiz xidmətlər göstərdiyini xatırladan Ş.Bayramov hazırda ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi qüdrətinin davamlı artdığını və ordumuzun gücləndiyini vurğulayıb. 2016-cı ilin aprel döyüşləri şəhidlərinin valideynlərinin, aprel döyüşləri şəhidinin övladının və həmin döyüşlərin iştirakçılarının tədbirə qatılmasının önəmini xüsusi vurğulayan Ş.Bayramov vətənimizin bütövlüyü və Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin daim hörmət və ehtiramla anıldığını bildirib. Azərbaycan xalqının daim öz qəhrəmanları və qəhrəmanlıq səlnaməsi ilə seçildiyini bildirən Ş.Bayramov şəhidlərimizin keçdiyi şərəfli yolu öyrənməyin və təbliğ etməyin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli vətənpərvərilk mövzusunda keçirilən tədbirlərin əhəmiyyətindən və gənclərimizin hərtərəfli inkişafında mühüm rol oynamasından danışıb. K.Nəcəfli vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi istiqamətləri barədə tələbə-gənclərə öz tövsiyyələrini bildirib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top