"Maaşlar, pensiyalar artacaq" - Prezidentdən ŞAD XƏBƏR ​


"İndi bizim iqtisadi imkanlarımız da yaxşılaşır. Düzgün iqtisadi siyasət aparmaqla biz əlavə gəlirlər əldə etdik".

Bunu prezident İlham Əliyev Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunan yaşayış binasında mənzillərin, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması mərasimində deyib.

O, bildirib ki, bu gəlirlər, ilk növbədə, sosial problemlərin həllinə yönəldilib:

“Bu il 4 milyon 200 mindən çox Azərbaycan vətəndaşı - əhalinin təxminən 40 faizdən çoxu böyük sosial paketlə əhatə olunub. Maaşlar, pensiyalar, müavinətlər, tələbə təqaüdləri, problemli kreditlərin həll edilməsi - bütün bunlar böyük vəsait tələb edir. Biz bu işlərə milyardlarla manat vəsait yönəltmişik və çox düzgün addım atmışıq. Çünki bu, lazım idi. 

Sosial təminat bizim üçün ən başlıca vəzifədir. Buna nail olmaq üçün bizim iqtisadi imkanlarımız olmalıdır. Ona görə iqtisadi inkişaf nə qədər yüksək templərlə artsa, sosial təminat da bir o qədər yaxşılaşacaq, maaşlar, pensiyalar artacaq. Ona görə bu gün ölkəmizdə aparılan islahatlar bu məqsədi güdür. İlk növbədə, sosial sahədə daha böyük nailiyyətlərə nail olmaq üçün biz iqtisadi sahədə düzgün prinsiplər əsasında işimizi qurmalıyıq. Şəffaflıq, dürüstlük, korrupsiya və rüşvətxorluqla mübarizə, iqtisadi islahatlar, struktur islahatları - bütün bunlar ölkəmizə böyük canlanma gətirir.

Builki iqtisadi göstəricilərimiz çox müsbətdir. Əldə edilmiş bütün əlavə gəlirləri biz sosial sahəyə yönəltdik. Bugünkü bu gözəl, 96 mənzildən ibarət binanın açılışı bunun bariz nümunəsidir”.

DİGƏR XƏBƏRLƏR

Top