Pitbul 4 yaşlı uşağa belə hücum etdi – ANBAAN VİDEO


Braziliyada 4 yaşlı uşaq küçədə pitbul cinsindən olan itin hücumuna məruz qalıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Rio-de-Janeyro şəhərində baş verib. Belə ki, 4 yaşlı Joao Pedro adlı uşağa pitbul cinsindən olan it hücum edib. Hadisəni görən qadın uşağı xilas etməyə çalışsa da buna nail ola bilməyib. Lakin, ətrafda olan 20 yaşlı Patrik do Seu adlı gənc azyaşlını xilas edə bilib. O, uşağı xilas etdikdən sonra yaxınlıqdakı avtomobilin üzərinə qoyub. Daha sonra isə iti zərərsizləşdirmək istəsə də, bunun mümkünsüz olduğunu  başa düşüb və özü də həmin avtomobil üzərinə çıxb.
Görüntülərin yayımlanmasından sonra sözügedən gənc qəhrəman elan olunub.
İlahə Hüseynova
 

DİGƏR XƏBƏRLƏR

Top