İranda benzinin qiymətinə görə etirazlarda 1500 nəfər ÖLDÜRÜLDÜ


İranda noyabr ayında benzinin qiymətinin artırılmasına qarşı keçirilən etiraz aksiyalarında 1500 nəfərin öldürüldüyü iddia edilib.
Yeniavaz.com "Reuters"ə istinadla xəbər verir ki, noyabr ayında iki həftə ərzində İrandakı etirazlarda təxminən 1500 nəfər dünyasını dəyişib. "Reuters"in İran prezidentinə yaxın mənbələrdən aldığı məlumata görə, ölənlərin 400-dən çoxu qadınlardır. Hökumətin "nəyin bahasına olur olsun etirazları dayandırın" əmri verdiyi bildirilib. Qeyd edək ki, həmin aksiyanın İranda son 40 ilin ən böyük etiraz aksiyası olduğu bildirilir.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top