Jurnalist Putinə bu sualı verdi, işdən qovuldu


Rusiya prezidenti Vladimir Putinin ötən gün keçirdiyi mətbuat konfransı zamanı, ona sual verən Yamal-Region televiziya və radio şirkətinin jurnalisti Alisa Yarovskayan işdən çıxarılıb. 
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, deyilənlərə görə, sözügedən jurnalist V.Putinə ünvanladığı sualdan sonra işdən çıxarılıb. Məsələ ilə bağlı açıqlama verən dövlət başçısının mətbuat katibi Dimitri Peskov hadisədən xəbərdar olduğunu və deyilənlərin doğru olmadığını bildirib: “Hadisə haqqında məlumatımız var lakin, redaksiya heyətinin niyə belə qərar verdiyi haqqında heç bir fikrim yoxdur. Jurnalist mətbuat konfransında V.Putinə istədiyi sualı ünvanladı və dövlət başçısı bütün suallara cavab verdi”.
Qeyd edək ki, Yamal jurnalisti işdən dekabrın 23-də çıxarılıb. O, mətbuat konfransında Yamal yarımadasında Ob çayı üzərindən inşa edilən körpünün tikintisində problemlər yarandığını və federal imkanlardan istifadə edərək problemi aradan qaldırağın mümkün olub-olmadığını soruşub. V.Putin isə cavabında bu körpünün ən vacib infrastruktur layihələrindən biri olduğunu, lakin hansısa layihəni kontekstən çıxarmağın doğru olmadığını bildirib.
Jurnalistin bu sualı yerli hakimiyyət tərəfindən birmənalı qarşılanmayıb.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top