BDU-da “Pulsuz təhsil” şüarı yazılmış plakata RƏSMİ AÇIQLAMA - FOTO


Bakı Dövlət Universiteti (BDU) 2 saylı korpusun binasından şüar asılmasına münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, universitetdən “Report”a verilən məlumata görə, hazırda məsələ araşdırılır.

Qeyd edək ki, sosial şəbəkələrdə BDU-nun 2 saylı korpusunun fasadından “Pulsuz təhsil” şüarı yazılmış plakatın asıldığını əsk etdirən foto yayılıb. 6-cı mərtəbənin pəncərəsindən endirilən afişa Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi tərəfindən hazırlanıb. Həmin şüarı hazırlayan tələbələr hazırda dərslərini davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top