Putin ağır xəstəliyə yoluxan 10 yaşlı uşağın arzusunu yerinə yetirdi - VİDEO


Rusiya prezidenti Vladimir Putin Stavropol şəhərində yaşayan 10 yaşlı uşağın istəyini həyata keçirib.
Yeniavaz.com Rusiya mətbuatına istinadla xəbər verir ki, Putin təhlükəli xəstəliyə yoluxan 10 yaşlı uşağın Soçi şəhərini gəzmək arzusunu yerinə yetirib. Andrey Koçetov adlı uşaq Soçidəki olimpiya parkını ziyarət etdikdən sonra telefonla Putinlə danışıb. Rusiya prezidenti Andreydən necə istirahət etdiyini soruşub:
- İstirahət xoşuna gəldimi?
- Bəli
- Havalar necədir orada?
- Havalar da yaxşıdır.
- Soyuq deyil?
- Yox, hələlik soyuq olmur.
- Ən çox nə xoşuna gəldi?
- Hər şey xoşuma gəldi. Birinci dəfədir ki, xizək sürdüm.
Putin daha sonra uşağın digər bütün istəklərinin də yerinə yetirilməsinə nəzarət edəcəyini bildirib.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top