
Mərkəzi Seçki Komissiyası dünən baş tutan bələdiyyə seçkilərində ən çox səs toplayan namizədlərin adları məlum olub.
Yeniavaz.com Mərkəzi Seçki Komissiyasından açıqlanan məlumatlara istinadən bildirir ki, hamıdan çox səs toplayan namizədlərin böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri olub. Ən çox səs toplayan namizədlərin bəziləri də hazırda bələdiyyə sədri vəzifəsində çalışanlar olub.
Yeniavaz.com şəhər və rayon mərkəzlərini əhatə edən bəzi bələdiyyələr üzrə nəticələri təqdim edir.
Bələdiyyələr | Ən çox səs toplayan namizəd |
Namizədlərin iş yerləri |
Partiya mənsubiyyəti |
Naxçıvan | Nuraləm İbrahimov | Naxçıvan bələdiyyəsi, Sədr | YAP |
Binəqədi qəsəbəsi (Binəqədi) | Niyaz Niftiyev | "Azadinform" İnformasiya Agentliyi, Baş redaktor" | YAP |
Biləcəri (Binəqədi) | İlham Xəlilov | Biləcəri bələdiyyəsi, Sədr | YAP |
Rəsulzadə (Binəqədi) | Hümbət Hüseynov | M.Ə.Rəsulzadə bələdiyyəsi, Sədr | YAP |
Nəsimi | Əziz Zeynalov | Nəsimi İcra Hakimiyyəti RİHB-nin 2 nömrəli SİƏD üzrə nümayəndəsi | YAP |
Nərimanov | Tağıyev Təmraz | YAP Nərimanov rayon təşkilatının sədri, Nərimanov bələdiyyəsi, Sədr | YAP |
Yasamal | Şeydayev Bəhram | Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyi, Sədr | YAP |
Səbail | Hacı Əliyev | Səbail bələdiyyəsi, Aparat rəhbəri | YAP |
Bakıxanov (Sabunçu) | Nəsibov Ramis | Bakıxanov bələdiyyəsi, Sədr | YAP |
Qaraçuxur (Suraxanı) | Nəcəfov İxdiyar | Qaraçuxur bələdiyyəsi, Sədr | YAP |
Masazır (Abşeron) | Xəlilov Bəhruz | İşsiz | YAP |
Mehdiabad (Abşeron) | Süleymanov Vüsal | Mehdiabad 2 saylı məktəb, Direktor | YAP |
Xırdalan (Abşeron) | Quliyev İlham | Xırdalan bələdiyyəsi, Sədr | AVP |
Lənkəran | Mirzəliyev Aygün | Lənkəran şəhər İcra Hakimiyyəti, Məsləhətçi | YAP |
Sumqayıt | Sultan Əsədov | Sumqayıt şəhər bələdiyyəsi, Sədr | YAP |
Gəncə (Kəpəz) | Abdullayev Yaşar | Gəncə şəhər (Kəpəz) rayon bələdiyyəsi, Sədr | YAP |
Xaçmaz | Fətəliyev Mahir | Xaçmaz şəhər bələdiyyəsi, Sədr | YAP |
Naftalan | Verdiyev Elman | Naftalan şəhər 1 saylı MİS, Rəis | YAP |
Goranboy | Əliyev Şəmsi | Goranboy şəhər bələdiyyəsi, Sədr | YAP |
Şəki | Allahverdiyev Mayis | Şəki Kommunal Təsərrüfat İstehsalat Birliyi, Baş mühasib | YAP |
Masallı | Baxışov Azər | Masallı bələdiyyəsi, Sədr | YAP |
Neftçala | Quliyev Rövşan | Kürkənd bələdiyyəsi, Sədr | YAP |
Ağstafa | Nadir Hüseynov | YAP Ağstafa rayon təşkilatı, Baş məsləhətçi | YAP |
Şamaxı | Əzizov Namizəd | YAP Şamaxı rayon təşkilatı, Baş məsləhətçi | YAP |
Mingəçevir | Ramiz Əliyev | Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı, Rəis | YAP |
Quba | Nazir Dadaşov | Quba Suvarma Sistemləri İdarəsi, Rəis | YAP |
Qırmızı Qəsəbə (Quba) | Yedadayeva Yafo | Qırmızı Qəsəbə bələdiyyəsi, Sədr | YAP |
Salyan | Nuraəddin Məlikov | "Salyan Avtovağzal" ASC, Məsləhətçi | Bitərəf |
İsmayıllı | Pərviz Ağayev | İsmayıllı şəhər bələdiyyəsi, Sədr | YAP |
A.Cəfərov