
Yunanıstanda Türkiyə Konsulluğunda çalışan diplomatın avtomobili naməlum şəxslər tərəfindən yandırılıb.
Yeniavaz.com İHA-ya istinadla xəbər verir ki, Yunanıstanda gecə saatlarında türk diplomatın avtomobilini yandırıblar. Hadisə yerinə polis və yanğınsöndürən avtomobillər çağrılıb. Qısa müddət sonra türk diplomat da həmin yerə gələrək hadisə ilə bağlı məlumat alıb. Yunanıstan polisi təxribatçıların kimliyinin hələlik bilinmədiyini söyləyib. Faktla bağlı araşdırma aparılır.
Ruslan Yusibov
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                