Real TV-nin daha bir əməkdaşı parlament seçkilərində iştirak edəcək - FOTO


Tanınmış telejurnalist, Real TV-nin əməkdaşı Afət Telmanqızı 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Afət Telmanqızı bu barədə özünün "facebook" hesabında yazıb:

"Dostlar, 125 saylı Zəngilan-Qubadli seçki dairəsindən deputatlığa namizədliyimi verdim. Zəngilan və Qubadlı camaatı - Sizin səsiniz olacağam! İsğal altında olan torpaqlarimiz -Haqq səsiniz olacağam! Zəngilansiz, Qubadlisiz doğulan, böyüyən, yaşlanan insanlarımiz- Arzularınızın gerçəkliyi uğrunda kóməkçiniz olacağam! Səsiniz səsim olacaq!"

DİGƏR XƏBƏRLƏR

Top