Gəncədə zibilliyə atılan körpənin FOTOLARI


Körpənin fotoları yayılıb.

Yeniavaz.com Report-a istinadən fotoları təqdim edir:



***12:30
Səhiyyə Nazirliyi küçədən tapılan körpənin vəziyyəti ilə bağlı məlumat yayıb.

Nazirlikdən Yeniavaz.com-a verilən məlumata görə, Gəncədə vətəndaşların küçədən taparaq Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasına gətirdikləri 3-4 günlük olan oğlan uşağının vəziyyəti qənaətbəxşdir.
Həkimlərin söözlərinə görə, uşaqda fiziki qüsur qeydə alınmayıb. Uşaq hazırda xəstəxanada həkimlərin nəzarəti altında saxlanılır. 
Faktla əlaqədar artıq hüquq-mühafizə orqanlarına da məlumat verilib.

***09:00
Gəncə şəhərində yeni doğulmuş körpə tapılıb.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında yeni doğulmuş oğlan uşağı tapılıb. 

Körpə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumatına görə, körpənin səhhətində problem aşkarlanmayıb. Hazırda vəziyyəti normaldır və hələ ki xəstəxanada saxlanılır.

Faktla bağlı araşdırmalara başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top