Mehriban Əliyeva Prezidenti doğum günü münasibətilə təbrik etdi - FOTO


Yeniavaz.com
 
xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "İnstagram" səhifəsində Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Onun şəxsi keyfiyyətləri, bilikləri, qətiyyəti, yenilməz iradəsi, cəsarəti, məqsədyönlülüyü Azərbaycanı həmişə yeni qələbə və nailiyyətlərə doğru aparır. Onun gümrahlığı, tükənməz enerjisi və mehribanlığı hər birimiz üçün layiqli örnəkdir. Bu əlamətdar gündə Prezidentimizə möhkəm cansağlığı, uzun ömür, gözəl əhval-ruhiyyə arzulayıram! Qoy onun güc mənbəyi olan Azərbaycan xalqının sevgisi və inamı onun gələcək uğurlarının rəhni olsun!"
 

DİGƏR XƏBƏRLƏR

Top