Həbs edilən icra başçısını əvəzləyən şəxs tanınmış jurnalistin qardaşıdır - FOTO


Xəbər verdiyimiz kimi, həbs edilən Ağstafa rayon İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyevi əvəzləmək üçün Prezidentinin Administrasiyasından səlahiyyətli şəxs təyin edilib. 

Yeniavaz.com Demokrat.az-a istinadən xəbər verir ki, Prezidentinin Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin baş məsləhətçi olan Nəsir Muxtarlı hazırda Ağstafa rayon İcra Hakimiyyəti başçısı vəzifəsini əvəzləyir.

Xaricdə təhsil alan və Masallıda çalışarkən vətəndaşların rəğbətini qazanan Nəsir Muxtarlı müsbət imicə malik savadlı məmur kimi tanınır. O, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini və bundan sonra  Prezident Administrasiyasının (PA) baş məsləhətçi vəzifəsinə təyinat alıb. 

Qeyd edək ki, Nəsir Muxtarlı tanınmış idman jurnalisti Natiq Muxtarlının qardaşıdır.

DİGƏR XƏBƏRLƏR

Top