Bu ölkədə baş verən zəlzələ 4 ölkəyə təsir etdi


Cənubi Asiyada 6.1 bal gücündə güclü zəlzələ baş verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Asiyada, Pakistanın şimalı və Əfqanıstanın şərqindəki  Hindiquş dağlarında 6.1 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Tədqiqat Mərkəzinin verdiyi məlumata görə, Əfqanıstanın Jarm şəhərindən 51 kilometr cənub-qərbdə baş verən zəlzələ, yerin 210 kilometr dərinliyində qeydə alınıb. Saat 14:39-da baş verən zəlzələ Pakistan, Tacikistan, Özbəkistan və Əfqanıstana təsir edib.
Qeyd edək ki, sözügedən zəlzələ insanlar arasında təşvişə səbəb olub.
Lalə Cəfərli

DİGƏR XƏBƏRLƏR

Top