Camal Qaşıqçının öldürülməsinə görə 5 nəfər edam ediləcək


Səudiyyə Ərəbistanında məşhur jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı gedən məhkəmə prosesində 5 nəfər haqqında edam qərarı çıxarılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, istintaq çərçivəsində daha 3 nəfər isə ümumilikdə 24 il həbsə məhkum edilib.
Səudiyyə Ərəbistanının Baş prokurorluğu ölkənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın köməkçisi Əl Kahtaninin isə buraxıldığını bəyan edib. Dünya mətbuatında Camal Qaşıqçının öldürülməsini planlayan şəxs kimi təqdim olunan Əl Kahtaninin buraxılması etirazlara səbəb olub.
Baş prokurorluq həmçinin cinayət törədilən zaman Səudiyyə Ərəbistanının İstanbuldakı səfiri vəzifəsini yerinə yetirən Əl Uteybi haqqında da heç bir ittiham səsləndirməyib.
Qeyd edək ki, “Vaşinqton post” qəzetinin sabiq əməkdaşı C. Qaşıqçı ötən il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb.

DİGƏR XƏBƏRLƏR

Top