Bakıda sürücü dörd dəqiqə ərzində 10 dəfə qayda pozdu - VİDEO

Bakıda 4 dəqiqə 17 saniyə ərzində 10 dəfə qayda pozan yük maşınının görüntüləri yayılıb.

“Ford” markalı yük avtomobilinin sürücüsü bir neçə dəfə digər hərəkət iştirakçılarına təhlükə yaradıb onların narahatlığına səbəb olmaqla yerdəyişmələr edir, ehtiyac olmadığı təqdirdə tez-tez zolaqlarını dəyişir, bu yerdəyişmələrin heç birində isə dönmə işıqlarından istifadə etmir.

Belə sürücülər digər hərəkət iştirakçıları üçün sözün əsl mənasında təhlükə mənbəyidir. Videogörüntünü təqdim edirik.


(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top