Jurnalistlər Novruz Məmmədovun İspaniyadakı elit evini tapıblar - FOTO


İspaniyanın Alteya şəhərində Azərbaycanın keçmiş Baş naziri Novruz Məmmədova məxsus əmlakı aşkar edilib.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, keçmiş Baş nazirin əmlakını rusiyalı jurnalistər tapıblar.
Məlumata görə, N.Məmmədov İspaniyadakı elit kompleksdə Rusiya Patriarxlığının xarici əlaqələr şəbəsinin rəhbəri Qriqori Alfeev ilə (Dünyəvi adı İlarion) qonşudur.
Bildirilir ki, İlarion ən bahalı mənzillərdən birinə sahibdir və mənzil ona hədiyyə edilib. Repetidor küçəsindəki mənzillərin ümumi sahəsi 235 kv.metrdən çoxdur və qiyməti (2011-ci ildə) 950.000 avro (təqribən 1,795,120 AZN)  təşkil edir.
Qeyd edək ki, bəstəkarlığı ilə tanınan İlarionun, Novruz Məmmədovdan başqa məşhur müğənni Tamara Qverdtsiteli, ukraynalı iş adamı Yuri Aptekar, rejissor və televiziya aparıcısı Yuli Qusman, prodüser Timur Vaynşteyn və digərləri qonşuluğunda yaşayır.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top