Saat 15:00-dək ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.

Saat 15:00-dək olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu 53 saylı Quba-Qusar Seçki Dairəsidir. Burada 16309 (33,54%) nəfər səs verib.

Eyni zamanda, seçici fəallığının ən aşağı olduğu dairə 37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsidir. Burada 6731 (20,18%) nəfər səs verib.

Qeyd edək ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 15:00-dək olan seçici fəallığı 26.88 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 1 336 733 nəfəri səs verib. (Report)


***10:57
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı ilkin seçici fəallığını açıqlayıb.

MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 10:00-a olan respublika üzrə seçici fəallığı 423361 nəfər təşkil edib. Seçici fəallığı 8,51 faiz olub.
Qeyd edək ki, bələdiyyə seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir. (APA)

DİGƏR XƏBƏRLƏR

Top