Daha bir icra başçısı qazini evində ziyarət etdi - FOTO


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov böyrək xəstəliyindən əziyyət çəkən və ayaqları tutulan Qarabağ müharibəsi veteranı, həmçinin şəhid ailəsi Süleymanov İlyas Cavad oğlunu evində ziyarət edib. Yeniavaz.com xəbər verir ki, şəhərin Ə.Süleymanov küçəsi ev 5, mənzil 52 ünvanında yaşayan İ.Süleymanovla görüşən rayon rəhbəri onu narahat edən məsələlərlə, qayğılarla maraqlanıb. Vətəndaşın xəstəliyi ilə bağlı istəklərini dinləyən icra başçısı müalicə olunması, əvvəlki sağlamlığına qovuşması, ailəsinin arasına sağlam şəkildə qayıtması üçün lazımi köməkliyi göstərəcəyini qeyd edib. Vətəndaşın Bakı şəhərində xəstəxanalardan birində müayinə və müalicə olunması üçün göndərilməsi ilə əlaqədar adiyyatı şəxslərə tapşırıq verib.
İ.Süleymanov ona olan dövlət qayğısına görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bu gün onun istəyini nəzərə alıb görüşə gəldiyinə və müalicəsinə göstərilən köməyə görə ailəsi adından təşəkkürünü çatdırıb.

Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə Ağdam rayon icra başçısı Vaqif Həsənovun da qazini evində ziyarət etməsi ilə bağlı fotolar paylaşılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top