
Xəbər verdiyimiz kimi, bu ilin oktyabr ayında Prezidentin Fərmanı ilə Vergilər Nazirliyi ləğv olunub və əvəzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaradılıb.
Yeniavaz.com mətbuatda yer alan məlumatlara əsasən bildirir ki, struktur islahatlarının davamı olaraq yaxın zamanlarda Səhiyyə Nazirliyinin ləğv olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə veriləcəyi gözlənilir.
Buna səbəb kimi isə yanvar ayının 1-dən etibarən səhiyyə ocaqlarının böyük əksəriyyətinin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli Fərmanına əsasən yaradılan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyinə verilməsi göstərilir.
TƏBİB publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısı ilə BURDAN tanış ola bilərsiniz.