Kür çayında batanların xilaskarı DANIŞDI


Kür çayında batanların xilaskarı danışdı.
Mingəçevirdə Kür çayının üzərindəki körpüdən dəfələrlə özünü kürə atan, başı gicəllənib düşənləri xilas edən qayıqçı Dostməmməd Dostməmmədov növbəti hadisə ilə bağlı Yeniavaz.com saytına danışıb. Bildirdi ki, bu birinci hadisə deyil: "Axşama doğru səs eşitdik ki, suda boğulan var. Qayığa minib özümü körpünün altına çatdırdım gördüm cavan oğlandır. Dedilər ruhi xəstədir başı gicəllənib körpüdən düşüb. Mən onu təcili yardım briqadası gələnə kimi ilkin yardım edib boğulmağa qoymadım. Şükürlər olsun ki, vaxtında çata bilib gənci xilas etdim. Təcili yardım gəlib xəstəxanaya apardı. Belə hadisələr bizim qarşımıza çox çıxır. Biz insanlıq borcumuzu yerinə yetiririk. Bundan öncə də gənc bir qızın həyatını xilas etmişəm”.
Qeyd edək ki,1989-cu il təvəllüdlü şəhər sakini Əmirov Vasif Knyaz oğlu üzə bilmədiyindən boğulma təhlükəsi ilə üzləşib. 
Çayda onun batdığını görən gəzinti qayıqçı Dostməmməd Dostməmmədov dərhal hərəkətə keçərək V.Əmirovu xilas edib. 
Xilas edilən şəxs xəstəxanaya çatdırılıb. 
Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir.
 

DİGƏR XƏBƏRLƏR

Top