Azərbaycanda İcra başçısı ayda 124 manata kirayə haqqı ödəyərək yataqxanada yaşayır - FOTO


İmişli Rayon İcra Hakimiyyəti icra başçısı Vilyam Hacıyev barəsində yayılan məlumatlara münasibət bildirib.

Məlumatların heç biri həqiqətə uyğun deyil.
"Vilyam Hacıyevin mülk və digər adları çəkilən ölkələrdə heç bir biznesi və əmlakı yoxdur. Hətta o, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşayır. Həbib Müntəzirdən bu sadaladıqlarını faktlarla göstərməsini tələb edirik, əks halda onun haqqında hüquq-mühafizə orqanlarına və məhkəməyə kəskin şikayətimizi bildirəcəyik", - deyə açıqlamada qeyd olunur.
Yataqxana

Qeyd edək ki, Almaniyada yaşayan bloger Həbib Müntəzir feysbukda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin sərvəti olmasına dair siyahı paylaşıb. O, icra başçısının Bakıda, Gəncədə, Qazaxıstanda Dubayda milyonluq biznesinin olduğunu iddia edib.
qafqazinfo.az 

DİGƏR XƏBƏRLƏR

Top