Salyanda ağır yol qəzasında ölənlərin sayı 3-ə çatıb - FOTOLAR - YENİLƏNİB


Salyanın Noxudlu kəndi ərazisində baş verən qəzada ğlənlərin sayı 3 nəfərə çatıb.
Ölən şəxs qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilən Hacıyev Ələsgər Aqil oğludur.

20.10
Salyanda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Noxudlu kəndi ərazisində qeydə alınıb. "Mitsubishi" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində maşında olan bir ailənin 5 üzvü - Məmmədova Təranə Saleh qızı, 1969-cu il təvəllüdlü Məmmədova Zemfira Seyfulla qızı, 1971-ci il təvəllüdlü Məmmədov Həsən Abdul oğlu, Hacıyev Ələsgər Aqil oğlu, Şükriyyə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan Z.Məmmədova və T. Məmmədova xəstəxanada ölüblər.
Faktla bağlı Salyan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top