Hacıqabulda avtomobil aşdı, 5 uşaq xəsarət aldı - ADLAR


Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 78-ci kilometrliyində qeydə alınıb. Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində “Toyota Rav-4” markalı avtomobilin aşması nəticəsində 5 nəfər xəsarət alıb.
Yaralılar - Bakı sakinləri, 2006-cı il təvəllüdlü Yolçiyeva Gülər İlham qızı, 2003-cü il təvəllüdlü Yolçiyeva Sevgi İlham qızı, 2007-ci il təvəllüdlü Qarayeva Ayşən Həbib qızı, 2016-cı il təvəllüdlü Qarayev Fərid Həbib oğlu və 2004-cü il təvəllüdlü Qarayeva Nərmin Həbib qızı Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top