Əflatun Amaşov da yenidən deputat olmaq istəyir


"Mən də digərləri kimi yenidən deputatlığa namizədliyimi irəli sürmək fikrindəyəm".

Yeniavaz.com xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib. O son vaxtlar görülən işlərin sona çatdırılmasının da zəruriliyini qeyd edib:

"Seçildiyim dairədə davamlı olaraq müxtəlif işlər görülür. Həmin işləri sona çatdırmaq lazımdır. Deputat seçildiyim dairənin insanları ilə mütəmadi olaraq təmasda oluram. Baxıram ki, bu işlərin yekunlaşması üçün məndən hələ də gözləntilər var".

Xatırladaq ki, Əflatun Amaşov 2015-ci ildə 62 saylı Saatlı seçki dairəsindən deputat seçilib. O 2003-cü ildən isə Azərbaycan Mətbuat Şurasının sədridir.

DİGƏR XƏBƏRLƏR

Top