Daha bir deputat yenidən millət vəkili olmaq istəyir - FOTO


“Parlament seçkilərində iştirak etməməyimə heç bir səbəb yoxdur”.

Yeniavaz.com xəbər verir ki, bunu Modern.az-a açıqlamasında deputat Fəzail İbrahimli bildirb. O yenidən deputat kimi fəaliyyət göstərmək üçün kifayət qədər gücünün olduğunu da deyib:

“İnsanın gərək özünün içində deputat olmağa təşəbbüs olsun, yoxsa ki, kənardan nə qədər də namizədliyini irəli sür desələr də, faydası olmaz. Keçdiyim həyat yolu, seçicilərlə münasibətdəki səmimiyyət imkan verir ki, yenidən deputat kimi fəaliyyət göstərim. Həmişəki kimi 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizdəliyimi irəli sürəcəm. Hələ ki, imza vərəqlərini toplamamışam, vaxta var”.

Qeyd edək ki, Fəzail İbrahimli 2000-ci ildən deputat kimi fəaliyyət göstərir, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavinidir.

DİGƏR XƏBƏRLƏR

Top