Nazirlik Murad Dadaşovun ad gününü təbrik etdi – FOTO


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xalq artisti, tanınmış aparıcı və prodüser Murad Dadaşovu ad günü münasibətilə təbrik edib.
Yeniavaz.com xəbər verir ki, nazirlik rəsmi feyzbuk səhifəsi vasitəsilə bu addımı atıb. Təbrikdə deyilir:
“Hörmətli Murad Dadaşov! Sizi ad gününüz münasibətilə təbrik edir, ətraf mühitin qorunması istiqamətində həyata keçirilən layihələrdə verdiyiniz dəstəyə görə minnətdarlığımızı bildirir, işlərinizdə müvəffəqiyyətlər arzu edirik”.
Postdan əlavə nazirlik, üzərində “Hörmətli Murad Dadaşov, ad gününüz mübarək!” sözləri və Xalq artistinin fotosu olan şəkil paylaşıb.
Şərhlərdə isə nazirliyin bu addımı birmənalı qarşılanmayıb. Qısa müddətdən sonra post feyzbukdan götürülüb.

DİGƏR XƏBƏRLƏR

Top