Putin jurnalistlə mübahisə etdi - ZİBİL HAQQINDA SUAL - VİDEO


Rusiya prezidenti Vladimir Putininin hər il ənənəvi keçirdiyi mətbuat konfransında maraqlı hadisə yaşanıb.
Yeniavaz.com xəbər verir ki, Rusiyada Putinin keçirdiyi mətbuat konfransında jurnalistlərdən biri Sankt-Peterburq şəhərində zibil daşınmasında ortaya çıxan problemlər barədə sual vermək istədiyini bildirib. Rusiya prezidentinin mətbuat katibi həmin jurnalistə zəif sualına görə söz verməyib. Ancaq jurnalist israr edib. Bunu görən Putin söhbətə qarışıb və "əgər belə etsəniz heç kəs bir-birini eşitməyəcək, gəlin daha vacib sualları eşidək"-deyib. Jurnalistin əl çəkmədiyini görən prezident, "buyur zibil haqqında sualını ver" deyərək onu dinləyib. Həmin jurnalist sual verib ancaq cavab gözləmədən "mətbuat konfransından sonra sizdən 10 dəqiqəlik müsahibə götürə bilərəm?"- deyə başqa bir sual ünvanlayıb. Putin isə ona dinləməyi məsləhət görərək danışmağa başlayıb. Həmin anların görüntülərini təqdim edirik.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top