Azərbaycanın Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları icra edib - VİDEO


Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin taktiki-xüsusi məşğələləri keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Məşğələlər zamanı HHM bölmələri “Buk-MB”, “S-125” və “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər.

DİGƏR XƏBƏRLƏR

Top