Türkiyədə nadir rast gəlinən terrorçu mağarası tapılıb


Türkiyədə terror qruplaşması PKK-ya qarşı keçirilən əməliyyatda əsgərlər əvvəllər bənzəri görülməmiş sığınacaq tapıblar.
Yeniavaz.com DHA-ya istinadla xəbər verir ki, Türkiyədə PKK-ya qarşı həyata keçirilən hərbi əməliyyatda 6 mərtəbəli, 6 otaqlı terror sığınacağı tapılıb. Əsgərlər bu cür böyük sığınacaqla nadir hallarda rastlaşdıqlarını bildiriblər. Axtarış vaxtı həmin ərazidə 9 anbar və daha 2 sığınacağın olduğu da məlum olub. Bəhs edilən yerdə 1 ədəd akkumulyator, 1 ədəd DVD pleyer, 2 ədəd radio, 80 metr uzunluğunda elektrik kabeli, partlayıcı maddələr və çox sayda qida məhsulları tapılıb.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top