“Qazprom” Ukraynaya 3 milyard dollar ödəyəcək


Rusiyanın “Qazprom” şirkəti Ukraynaya 3 milyard dollar ödəyəcək.

Bunu Ukrayna prezidenti Vladimir Zelenskinin köməkçisi Andrey Yermak deyib.

“Vətənə çox yaxşı xəbərlərlə qayıdırıq və Ukrayna üçün əlverişli şərtlərlə tranzit müqaviləsi olacaq. Bu razılaşmalar sayəsində  Stokholm Arbitraj Məhkəməsinin qəbul etdiyi qərar yerinə yetiriləcək və Ukrayna 3 milyard dollar alacaq”.

O, qeyd edib ki, vəsait qazla deyil, nağd şəkildə ödəniləcək.//Report

DİGƏR XƏBƏRLƏR

Top