“Facebook” şirkəti “Android”in alternativini hazırlayır


“Facebook”un portfoliosuna yalnız sosial şəbəkə daxil deyil: şirkət uzun müddət olar ki “ağıllı” ekranlar və virtual reallıq şlemləri daxil olmaqla aparat həlləri ilə məşğul olur. Bu qurğular “Android” əməliyyat sisteminin modifikasiya edilmiş versiyasının idarəetməsi altında işləyir, amma tezliklə vəziyyət dəyişə bilər. Korporasiya öz əməliyyat sistemini hazırlamağa başlayıb.

 

Yeniavaz.com “ICTnews”a istinadən xəbər verir ki, şirkətin aparat həllərində istifadə üçün nəzərdə tutulmuş yeni əməliyyat sistemi sıfırdan hazırlanacaq. Layihəyə “Microsoft”un keçmiş əməkdaşı və “Windows NT” platformasının yaradıcılarından biri Mark Lyukovski rəhbərlik edəcək. “Facebook” şirkəti, həmçinin “Siri” və ya “Alexa”ya oxşar səs köməkçisi hazırlayır.

 

Eyni zamanda “Facebook” şirkəti "beyin-kompüter" interfeysinin yaradılması üzərində işləyir. Hazır məhsulun yaradılmasına 5-10 il vaxt lazım ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top