İçində 45 ailə yaşayan bina sökülür - VİDEO

Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53 a ünvanında 45-ə yaxın ailənin yaşadığı bina sökülür. Özü də elə sakinlər yaşaya-yaşaya.

Yeniavaz.com Baku.TV-yə istinadən xəbər verir ki, qəzalı vəziyyətdə olan binanın sökülməsi üçün Binəqədi rayon icra hakimiyyəti tərəfindən sakinlərə 30 kvm-ə görə 30 min manat təklif edilib. Sakinlər isə təklif olunan məbləğlə razılaşmır, həmin ərazidən yeni ev tələb edirlər.

Bina sakinləri bildirirlər ki, çıxıb gedək deyə tez-tez işığımızı, suyumuzu kəsirlər, təhlükə altında yaşayırıq. Sakinlər bir neçə dəfə şikayət etsələr də, Binəqədi rayon icra hakimiyyətindən bildiriş göndərilərək verilən məbləğlə razılaşmayacaqları təqdirdə onlara məsələnin məhkəmə yolu ilə həll ediləcəyi deyilib.

Problemlə bağlı Binəqədi rayon icra hakimiyyətinin əməkdaşı Kənan Kərimovun cavabı isə belə oldu

“Binada yaşayan bir çox ailələr artıq tam köçürülüblər. Hazırda isə digər sakinlərlə razılaşma işləri aparılır”.

Biz isə ümid edirik ki, problem hər iki tərəfin razılığı ilə, qanuni şəkildə öz həllini tapacaq.

DİGƏR XƏBƏRLƏR

Top