Türkmənistan prezidenti Səfərmurad Niyazovu ölümündən sonra mükafatlandırıb

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ölkənin ilk rəhbəri Səfərmurad Niyazovu ölümündən sonra mükafatlandırıb. “Yeniavaz.az”ın RİA Novstiyə istinadən verdiyi məlumata görə, S. Niyazov “Müstəqil Türkmənistana böyük sevgisinə görə” ("Garaşsyz Türkmenistana bolan beýik söýgüsi üçin") ordeni ilə mükafatlandırılıb. Q. Berdıməhəmmədov mərhum prezidentin mükafatlandırılması haqqında fərmanı hökumətin oktyabrın 27-28-də qeyd edilən Müstəqillik gününə həsr olunmuş geniştərkibli iclasında imzalayıb. S. Niyazov sovet dövrü də daxil olmaqla 21 il rəhbərlik edib və 2006-cı ilin dekabrında 66 yaşında vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top