Tanınmış mütəxəssis Bakıda ailə terapiyası mövzusunda seminar verdi - FOTOLAR/VİDEO


Bakıda ailə terapiyası üzrə beynəlxalq dərəcəli mütəxəssis Prof.Dr. Ekrem Çulfanın iştirakı ilə “Ailədaxili ünsiyyət, problemlər və həlli yolları” mövzusunda seminar keçirilib.
Yeniavaz.com xəbər verir ki, “PM Akademiya” Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən seminar, iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Onlar “PM Akademiya”ya bu cür seminarı təşkil etdiyinə görə təşəkkür ediblər.
İştirakçılar seminar çərçivəsində E. Çulfaya mövzu ilə bağlı suallar ünvanlayıblar.
Qarşılıqlı dialoq şəklində keçən seminarda iştirakçılar beynəlxalq dərəcəli mütəxəssis Prof.Dr. Ekrem Çulfandan imzalı kitablar hədiyyə qazanıblar.
E. Çulfa da öz növbəsində belə seminarı təşkil etdiklərinə görə “PM Akademiya” Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinə minnətdarılığını bildirib.

Qeyd edək ki, seminar çərçivəsində uşaq-yeniyetmə, yetkinlik və ailə problemləri ilə əlaqəli fərdi seanslar, “Ailədaxili ünsiyyət, problemlər və həlli yolları” mövzusunda 3 seminar təşkil olunacaq.
21-22 dekabr tarixlərində isə mütəxəssislər üçün 14 saatlıq “Ailə Terapiyası” mövzusunda 2 günlük təşkil olunacaq.


İlkin Uğur
 

DİGƏR XƏBƏRLƏR

Top