İcra başçısı şəhid anasının əlindən öpdü - FOTO

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayon ərazisində insanlarla görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu görüşdən olan fotolar sosial şəbəkələrdə paylaşılır.
İcra başçısı Alimpaşa Məmmədov 1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Cəfərov Tofiq Məhərrəm oğlunun məzarını ziyarət edib, ailəsinə baş çəkib.İcra başçısı şəhidin ailə üzvləri - atası Cəfərov Məhərrəm Qədir oğlu, anası, Şəmkirdə yaşayan azsaylı xalqların nümayəndəsi olan Cəfərova Lyuda Feafovna ilə söhbətləşib. Görüş zamanı Alimpaşa Məmmədov şəhid anasının əlini öpüb.

Qeyd edək ki, dünən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev DTX tərəfindən iş otağında tutulub. Bu gün isə Prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunub.

DİGƏR XƏBƏRLƏR

Top