Moskvadakı terror hücumunda bir nəfər ölüb, cinayətkar gizlənib - FOTO/VİDEO

Moskvadakı terror aktında bir nəfər ölüb, daha iki nəfər isə ağır yaralıdı.  

Onların FTX əməkdaşları olması ehtimal olunur. 

Hadisə yerindən qaçan cinayətkar yaxındakı binalardan birində gizlənib. 

Onun ələ keçirilməsi ilə bağlı əməliyyat davam etdirilir. 


20:01

Moskvada terror aktı baş verib. 

MK.ru xəbər verir ki, hadisə şəhərin mərkəzində Bolşaya Lubyanka küçəsində olub. 

İnsidentin Rusiya Prezidenti Vladimir Putinin böyük mətbuat konfransı günü və Dövlət Təhlükəsizlik Xidməti işçilərinin peşə bayramı ərəfəsində baş verməsi diqqət çəkib. 

Atışma ilə bağlı ilk məlumata görə, silahlı şəxs avtomatdan (bəzi məlumatlara görə “Sayqa” markalı tüfəngdən) atəş açaraq sözügedən küçədə daimi postu olan yol polisi əməkdaşını öldürüb. 

Daha sonra həmin şəxs Federal Təhlükəsizlik Xidmətinin binasına girib. Qeyri-rəsmi məlumatlara görə, silahlı şəxs tək olmayıb və onu bir neçə nəfər müşayiət edib. 

İlkin məlumatlara görə, FTX-nin bir əməkdaşı da öldürülüb.  

Artıq hadisənin baş verdiyi Vorovski meydanı hər tərəfdən mühasirəyə alınıb

DİGƏR XƏBƏRLƏR

Top