Kənd məktəbinin şagirdləri beynəlxalq yarışın qalibləri olub - Bu sahədə ilk dəfə


Azərbaycan-Britaniya Kollecində ənənəvi bilik sərgisi keçirilib.
Yeniavaz.com xəbər verir ki, Astara rayonunu təmsil edən şagirdlər robotika və STEAM üzrə qızıl və gümüş medallar qazanıblar. 
Azərbaycan Britaniya kollecinin təşkil etdiyi STEAM üzrə 5-ci sərgidə 2 şagird qızıl medal, 2 şagird isə gümüş medal qazanıblar. Elnur Məmmədov (Ə.Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta məktəbin şagirdi) və Salih Atakişizadə (Lovayın kənd tam orta məktəbin şagirdi) qızıl, Saleh Məmməov və Sadiq Məmmədov (Astara şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri) isə gümüş medal qazanıb. Elnur Məmmədov isə "Panqolin" robotu ideyasına görə "İdeya çempionu" adını alıb.
Bildirilir ki, Astara rayonu ilk dəfə bu istiqamət üzrə medallar qazanıb.
Qeyd edək ki, Azərbaycan-Britaniya Kollecinin şagirdləri Kembric imtahanına hazırlaşırlar. Bundan əlavə, şagirdlərin beynəlxalq yarışmalara getmək imkanları da var. Ona görə bu yarışmada qalib olan şagirdlər həm məktəbi, həm də ümumilikdə Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top