Səhiyyə Nazirliyi həkimin rüşvət alması ilə bağlı: "3 manat pul verilib" - VİDEO - YENİLƏNİB

Səhiyyə Nazirliyi Qusar rayon Mərkəzi Xəstəxanasında həkimin vətəndaşdan rüşvət alması ilə bağlı yayılan videoya münasibət bildirib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, məsələ araşdırılıb.

“Həkimə 3 manat pul verilib. Pul verən ilə videonu çəkən ayrı-ayrı şəxslərdir. Pul verən şəxs həkimdən şikayətçi olmayıb. Buna baxmayaraq daxili araşdırmalar aparılır və həkim barəsində müvafiq tədbirlər görüləcək”, nazirlikdən bildirilib. 


***15:05
Qusar rayon Mərkəzi Xəstəxanasında həkimin rüşvət alması görüntüləri yayılıb. 

Laboratoriya şöbəsinin həkimi analiz cavablarını alan vətəndaşlardan pul alıb. 

Videonun dünən səhər saatlarında Qusar rayon Mərkəzi Xəstəxanasında çəkildiyi bildirilir.

Videodan həkimin açıq-aşkar pul aldığı görünür.


(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top