Daha bir parlamentdə deputatlar əlbəyaxa oldular - VİDEO


Ukrayna Radasında deputatlar arasında əlbəyaxa dava düşüb.
Yeniavaz.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, əlbəyaxa dava Radanın Aqrar Komitəsinin iclasında “Xalq Xidmətçisi” partiyasının deputatı ilə “Həyat Naminə Müxalifət Platforması” fraksiyasının nümayəndəsi İlya Kivoya arasında olub.
Məclis üzvləri qışqırmağa, bir-birlərini itələməyə başlayıblar, digər deputatlar isə onları sakitləşdirməyə çalışıblar. İnsidentdə Ukraynanın sabiq Baş naziri Yuliya Timoşenko masadakı sənədləri götürərək ətrafa səpələyib.
Daha sonra iclasda 15 dəqiqəlik fasilə elan olunub.

DİGƏR XƏBƏRLƏR

Top