Türkiyədə sürücülər sığorta şirkətini belə aldatdı


Türkiyədə qeyri-adi üsulla sığorta şirkətlərindən pul alan qrup həbs edilib.
Yeniavaz.com CNN Türk-ə istinadla xəbər verir ki, Türkiyədə sığorta şirkətlərini aldadan qrup ifşa olunub. Polis tərəfindən verilən məlumata görə, qrup təzə avtomobillərin detallarını köhnələri ilə dəyişərək bilərəkdən qəza törədirlər. Zədəli hissələri yeni avtomobilə yerləşdirdikdən sonra qırmızı işıqda dayanan TIR, avtobus və digər yük maşınlarına dəyərək süni qəza törədən qrupun lideri avtomobil təmiri ilə məşğul olan bir şəxs olub. Bir neçə gün davamlı olaraq təqib nəticəsində hadisə ilə bağlı 48 şübhəli saxlanılıb.  Qrupun saxta qəzalar ilə 1 milyon 500 min manata qədər pul əldə etdikləri öyrənilib. 2015-ci ildən bu günə qədər qədər fəaliyyət göstərən qrupun 221 nəfərlə əlbir olduqları öyrənilib.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top