Ronaldodan fantastik qol – VİDEO


Dünən İtaliyanın A Seriyasında 17-ci tur çərçivəsində keçirilən "Sampdoriya" - "Yuventus" görüşündə Kriştiano Ronaldo fantastic qola imza atıb.
Yeniavaz.com
xəbər verir ki, portuqaliyalı ulduz futbolçu, ilk hissənin sonuncu dəqiqəsində Aleks Sandronun ötürməsində yaşıl meydançalarda az rastlanan qol vurub. Belə ki, o, ayaqları rəqibin baş səviyyəsinə qalxacaq qədər yerdən tullanıb və başla zərbə endirərək “Yuventus”u hesabda önə keçirib – 1-2.
Digər qolları isə 19-cu dəqiqədə Paulo Dibala və 35-ci dəqiqədə Canluka Kaprari vurub.
"Yuventus" bu nəticə ilə öz xalını 42-ə çatdırıb və A Seriyasına başçılıq edir. "Sampdoriya" 15 xalla 17-ci sırada qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top