Nümayəndələr Palatası Trampın vəzifədən kənarlaşdırılmasına səs verdi - ABŞ-DA İMPİÇMENT


ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçmenti üzrə iki - "Səlahiyyətlərin aşılması" və "Konqresə mane olma" maddələrinə səs verib.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, səsvermələrin nəticələri partiya əlaməti üzrə bölünüb - palatanın demokratlardan ibarət üzvləri impiçmentin lehinə səs verib. Respublikaçılar buna qarşı çıxıblar.

İndi işə baxılması ilə Senat məşğul olacaq, hansı ki, Tramp üzərində məhkəmə prosesini keçirməlidir. Qeyd edilir ki, Konqresin yuxarı palatasında respublikaçıların əksəriyyəti Trampın impiçmentini dəstəkləməyə hazırlaşmır.

DİGƏR XƏBƏRLƏR

Top